Kim Çen In nüvə arsenalını artırmaq planlarını açıqlayacaq

Dünya

28.01.2026 13:41

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə qüvvələrini gücləndirmək planlarını hakim partiyanın qarşıdan gələn iclasında açıqlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Şimali Koreya mediası məlumat yayıb.

Bildirilib ki, Kimin düşmənlərinə dəhşət gətirəcəyi barədə xəbərdarlıq etdiyi detalların yaxın həftələrdə keçiriləcək Kommunist Partiyasının doqquzuncu qurultayında açıqlanması gözlənilir. İclasda, həmçinin hakim partiya müdafiə və iqtisadiyyat üçün beş illik inkişaf planını açıqlayacaq.

Məlumata görə, Şimali Koreya lideri yanvarın 27-si böyük kalibrli çoxsaylı raket buraxıcı sisteminin sınaqdan keçirilməsini "strateji maneəmizin effektivliyini artırmaqda böyük əhəmiyyət kəsb edən" adlandırıb və silah sisteminin müəyyən hücumlar üçün istifadə edilə biləcəyini bildirib.

O, həmçinin buraxılan raketlərin 358,5 km məsafədə yerləşən su hövzəsindəki hədəfləri dəqiqliklə vurduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Şimali Koreya,Kim Çen In ,Nüvə,Plan,Todaypress.tv,