Kılıçdaroğlu “yarısını itirdi” - Komandası dağılır
Türkiyənin əsas müxalifət partiyasi Cümhuriyyət Xalq Partiyasının (CXP) keçmiş sədri Kamal Kılıçdaroğlunu dəstəkləyən 44 deputatdan 22-si artıq ona qarşı mövqe tutub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddialara əsasən, həmin deputatlar Yeni Partiyaya keçməyi planlaşdırırlar. Bu keçid baş tutacağı təqdirdə, Yeni Partiyanın Türkiyə Böyük Millət Məclisindəki mandatlarının sayı 113-ə yüksələcək.
Kübra Musayeva