Keçmiş nazir Polşanın Ukraynada qoşun yerləşdirməsini istəyir

Dünya

08.01.2026 10:12

Polşanın keçmiş xarici işlər naziri Yaçek Çaputoviç ölkəsinin Ukrayna ərazisinə hərbi kontingent göndərməli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə, o, “Ukrinform” agentliyinə verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, təkcə təşkilati və logistik dəstəklə bağlı bəyannamələr kifayət deyil, Polşa Ukraynada real hərbi mövcudluq göstərməlidir.

“Hesab edirəm ki, Polşa daha çox iş görməli, daha fəal iştirak etməli və hərbi missiyada iştirakdan imtina etməməlidir, baxmayaraq ki, orada aparıcı rol oynamır”, - deyə keçmiş nazir vurğulayıb.

Onun sözlərinə görə, Varşavanın hazırkı mövqeyi Polşa cəmiyyətində hərbi münaqişəyə cəlb olunmaq qorxusu ilə bağlıdır və məhz bu səbəbdən hökumət “müəyyən geri çəkilmə” taktikasına üstünlük verir.

Aysel Mətləb

TodayPress TV

tag: Yaçek Çaputoviç,Polşa,Ukrayna,Ordu,Todaypress.tv,