Keçmiş "MOSSAD" rəsmisindən Türkiyə etirafı
"İsrailin qələbəsi Türkiyənin diplomatik uğurlarının kölgəsindədir".
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu MOSSAD-ın keçmiş yüksək vəzifəli rəsmisi Oded Eilam deyib.
O qeyd edib ki, HƏMAS artıq Vaşinqtondan çox Ankaranın sözünə qulaq asır. Diplomatik proseslər indi Türkiyənin nəzarətindədir və Ankara yalnız vasitəçi deyil, yeni nizamın əsas memarıdır.
Eilam vurğulayıb ki, Trampın təsiri olsa da, Ərdoğanın diplomatik səyləri prosesin formalaşmasında həlledici rol oynayıb və Türkiyə masa arxasında olmadan regional tarazlığı tənzimləyib.
Jalə Rövşən