Kats Suriyada dağa çıxıb, Türkiyəyə xəbərdarlıq etdi

Kats Suriyada dağa çıxıb, Türkiyəyə xəbərdarlıq etdi
25.08.2026 20:08 Dünya

İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Ordusunun (IDF) Suriyanın Hermon dağının İsrailin nəzarətində olmayan hissəsində yerləşən bölmələrinə baş çəkib.

TodayPress TV xəbər verir ki, Kats burada Suriyaya xəbərdarlıq edib və Türkiyənin Suriyada möhkəmlənməsinin İsrail üçün qəbuledilməz olduğunu bildirib.

“Cihadçı təhdidlər İsrail Dövlətinə qarşı mövcud olduğu müddətdə Hermon dağını və bufer zonanı tərk etməyəcəyik. İsrailin təhlükəsizlik maraqlarını təhdid edən Türkiyənin Suriyada möhkəmlənmək cəhdinə qarşı hərəkət etdik. Bunu açıq şəkildə bildirdik və bundan sonra da bu mövqeyimizə sadiq qalacağıq”, - Kats deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər