Karabükdə meşə yanğınları: 4 məhəllə və 1 kənd boşaldıldı
Türkiyənin Karabük vilayətinin Kahyalar kəndində dünən başlayan və küləyin təsiri ilə geniş əraziyə yayılan meşə yanğınına havadan və qurudan müdaxilə davam etdirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb
Təhlükəsizlik səbəbilə Kahyalar kəndi ilə yanaşı, Kabaoğlu və Çakırlar, həmçinin Kaleköy mərkəzi və Sarıkonak məhəllələrinin sakinləri təxliyə edilib.
Yanğının söndürülməsinə 4 helikopter, 174 texnika və 481 nəfərlik heyət cəlb olunub.
Aysel Mətləb