Kanada Aİ-yə üzv olmağı düşünmür
Kanada Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni NATO-nun Haaqa sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kanadanın Aİ-yə qoşulmaq istəyi yoxdur.
Bundan əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Kanadanın Aİ-yə üzvlüyünə prinsipial olaraq qarşı olmadığını bildirib.
Türkan İsgəndərli