Kamçatkada 5,2 bal gücündə zəlzələ qeydə alınıb

Kamçatkada 5,2 bal gücündə zəlzələ qeydə alınıb
13.09.2025 11:06 Dünya

Petropavlovsk-Kamçatskidən 124 km aralıda 5,2 bal gücündə zəlzələ baş verib. 

TodayPress TV xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən verilən məlumata görə, seysmik hadisə hiss olunub.

"5,2 bal gücündə zəlzələ Petropavlovsk-Kamçatskidən 124 km aralıda, 40,1 km dərinlikdə qeydə alınıb", - seysmoloqlar bildiriblər.

Qeyd edək ki, bundan əvvəl də Kamçatkada saat 14:37-də (Moskva vaxtı ilə 05:37) güclü təkan baş verib. Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatskidən 114 kilometr şərqdə yerləşib. 

Sunami təhlükəsi elan edilib, əhalinin təxliyəsi həyata keçirilməyib. 

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər