Kambocada hava daşımaları artdı: 11 ayda 6,33 milyon sərnişin
Dünya
04.01.2026 17:27
2025-ci ilin ilk 11 ayında Kambocada beynəlxalq hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,33 milyona çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə Kambocanın Mülki Aviasiya üzrə Dövlət Katibliyinin yaydığı rəsmi hesabatda bildirilib. Məlumata görə, yanvar–noyabr aylarında 36 yerli və beynəlxalq aviaşirkət ölkənin üç beynəlxalq hava limanına ümumilikdə 58 792 reys həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım deməkdir.
Hesabatda, həmçinin qeyd olunub ki, sözügedən dövrdə hava yükdaşımalarının həcmi də 19 faiz artaraq 84 475 tona yüksəlib.
Hazırda Kambocada üç beynəlxalq hava limanı fəaliyyət göstərir: “Techo International Airport”, “Siem Reap Angkor International Airport” və “Sihanouk International Airport”. Hesabata əsasən, bu üç hava limanı həftə ərzində orta hesabla 1 314 reys qəbul edir.
Qiymət Mahir
tag: Kamboca,Sərnişin,Hava nəqliyyatı,Kambocanın Mülki Aviasiya üzrə Dövlət Katibliyi,Todaypress.tv,
