Kamboca kralında xərçəng aşkarlandı

Kamboca kralında xərçəng aşkarlandı
11.04.2026 00:33 Dünya

Kambocanın kralı Norodom Sihamonidə prostat xərçəngi aşkarlanıb və bu xəstəlik üzrə müalicə üçün Çinə yollanacaq. 

TodayPress TV bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 72 yaşlı konstitusiyalı monarx qeyd edib ki, xərçəng Pekində yerləşən dövlət xəstəxanalarından birində aparılan tibbi müayinə zamanı aşkar edilib. O və anası – Kraliça ana Norodom Monineat fevral ayının sonunda planlı tibbi yoxlamalar üçün Çinə səfər etmişdilər.

Sihamoninin açıqlamasında xəstəliyin nə dərəcədə ciddi olduğu barədə məlumat verilməyib. Prostat xərçəngi adətən erkən mərhələdə aşkarlandıqda müalicə oluna bilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər