Kallas: "Hörmüz boğazında təhlükəsizlik dəstəyi qarşılıqlı olmalıdır"

Dünya

10.04.2026 22:10

“Avropa təkbaşına Hörmüz boğazında təhlükəsizliyə zəmanət verməməlidir, çünki təhlükəsizlik dəstəyi qarşılıqlı olmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “CNN”ə verdiyi müsahibədə bildirib.

O, Avropanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək səylərini müdafiə edib. Həmçinin ABŞ və Körfəz ölkələrinin Avropanın bu məsələdə fəallığının olmaması ilə bağlı tənqidlərinə cavab verib.

Kallas beynəlxalq təhlükəsizlik əməkdaşlığının ikitərəfli olmalı olduğunu vurğulayıb.

Xüsusilə, o, Rusiyanın yaratdığı problemlərin həllində Körfəz ölkələrinin yetərli iştirak etməməsinə diqqət çəkib:

"Körfəz ölkələrinin Rusiya məsələsində bizə kömək etdiyini görməmişik, bu, birtərəfli yol ola bilməz".

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz,Kaya Kallas,Rusiya,Avropa,TodayPress TV,