Kallas Çini Rusiyaya dəstəyə görə tənqid etdi

Kallas Çini Rusiyaya dəstəyə görə tənqid etdi
02.07.2025 15:30 Dünya

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Çin xarici işlər naziri Vanq Yi ilə görüşdən əvvəl Çin şirkətlərinin Rusiya ilə əməkdaşlığını kəskin tənqid edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın "N-TV" telekanalı məlumat yayıb.

Kallas bildirib ki, Çin şirkətləri Rusiyanın Ukraynadakı müharibədə “həyat xətti” rolunu oynayır. Onun sözlərinə görə, Pekin bir tərəfdən Avropa ilə yaxınlaşmaq istədiyini deyir, digər tərəfdən isə müharibəyə dolayı yolla dəstək verir.

Avropa diplomatiyasının rəhbəri bundan əvvəl də Çini Ukrayna münaqişəsində Rusiyanın “əsas tərəfdaşı” adlandırıb və Aİ-nin bu məsələ ilə bağlı Pekinə yönəltdiyi müraciətlərin təsirsiz qaldığını qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər