Kallas: "Aİ Rusiyaya qarşı sanksiya paketi üzrə razılığa gələ bilməyib"
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas verib.
O bildirib ki, hazırda paketlə bağlı razılıq əldə etmək mümkün olmayacaq.
“Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, bu gün heç bir irəliləyiş olmayacaq, amma biz səy göstərəcəyik”, – deyə Kallas qeyd edib.
Türkan İsgəndərli