Kallas: "ABŞ-İran atəşkəsi Livana da şamil edilməlidir"

Kallas: "ABŞ-İran atəşkəsi Livana da şamil edilməlidir"
09.04.2026 16:08 Dünya

""Hizbullah" Livanı müharibəyə sürükləsə də, İsrailin hərəkətləri genişmiqyaslı dağıntılara haqq qazandırmır".

TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, İsrailin son zərbələri yüzlərlə insanın ölümünə səbəb olub və bu, belə addımların özünümüdafiə kimi qiymətləndirilməsini çətinləşdirir.

Kallas qeyd edib ki, bu hücumlar ABŞ və İran arasında əldə olunan atəşkəsi də ciddi şəkildə pozur və atəşkəs Livanı da əhatə etməlidir.

O əlavə edib ki, "Hizbullah" tərksilah olunmalıdır və Avropa İttifaqı Livanın bu istiqamətdə səylərini dəstəkləyir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər