Kaliforniya qubernatoru Trampı məhkəməyə verəcək

Kaliforniya qubernatoru Trampı məhkəməyə verəcək
09.06.2025 11:40 Dünya

Kaliforniya qubernatoru Qavin Nyusom ABŞ prezidenti Donald Trampı ABŞ Milli Qvardiyasının Los-Ancelesdə yerləşdirilməsi ilə bağlı məhkəməyə verəcəyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, "MSNBC" telekanalına verdiyi müsahibədə danışıb.

Nyusom Trampın bu qərarını "qanunsuz, əxlaqsız və konstitusiyaya zidd" adlandırıb və deyib ki, bu məsələni sabah məhkəməyə daşıyacaqlar.

Qubernator əlavə edib ki, prezidentin bu addımı ştat rəhbərliyi ilə razılaşdırılmayıb və bu da qaydalara ziddir. Nyusomun sözlərinə görə, Trampın qərarı vəziyyəti daha da gərginləşdirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər