İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir?
Rusiya Moskvada fəaliyyət göstərən İtaliyanın hərbi attaşesini və onun əməkdaşını ölkədən çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani məlumat verib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi İtaliya səfirliyində çalışan hərbi attaşenin və onun əməkdaşının ölkəni tərk etməsini tələb edib. Hələlik Moskva bu qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.