İtaliya Ukraynaya hərbçi göndərməyəcək – Meloni

Dünya

07.01.2026 10:59

İtaliyanın Baş naziri Ciorcia Meloni bəyan edib ki, Roma təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya öz hərbi kontingentini göndərməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında “istəklilər koalisiyası” adlandırılan formatda keçirilən iclasın yekunlarına dair məlumatda bildirilib.

Qeyd olunur ki, Meloni Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dəstəyi təsdiqləyib, lakin eyni zamanda İtaliya hökumətinin bu məsələ ilə bağlı dəyişməz mövqelərini bir daha vurğulayıb. Xüsusilə, İtaliya qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinin istisna edildiyi deyilir.

Mətnə görə, koalisiya ölkələrinin çoxmillətli qüvvələrdə iştirakının könüllü xarakter daşıması və Ukraynaya gələcək mümkün hücum halında dəstək qərarlarının qəbulunda konstitusion prosedurlara əməl olunması, İtaliyanın dəfələrlə təsdiqlədiyi prinsipləri əks etdirir.

Qiymət Mahir

tag: İtaliya,Meloni,Baş nazir,Ukrayna,Todaypress.tv,