İtaliya İsraildən saxlanılan vətəndaşlarının azad edilməsini tələb edir
Dünya
01.05.2026 00:10
İtaliya hökuməti İsraili Qlobal Sumud Donanmasının ələ keçirilməsi zamanı saxlanılan 24 İtaliya vətəndaşını dərhal azad etməyə və İsrail hakimiyyətini hadisə ilə bağlı əlavə məlumat verməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Baş naziri Giorgia Meloninin ofisi açıqlama verib.
Ofis gəmilərin ələ keçirilməsi pisləyib və İsraili qanunsuz saxlanılan bütün italyanları dərhal azad etməyə, beynəlxalq hüquqa tam hörmət etməyə və göyərtədəkilərin fiziki təhlükəsizliyini təmin etməyə çağırıb.
İtaliyanın “ANSA” xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri mayın 29-u Qəzzaya yardım missiyasında iştirak edən 22 gəmini ələ keçirib və həbs olunanlardan 24-ü İtaliya vətəndaşıdır.
Aysel Mətləb
tag: İtaliya ,İsrail,Qəzza,Giorgia Meloni,TodayPress TV,
