İsveçrə Maduronun aktivlərini dondurdu
İsveçrə Federal Şurası Venesuela prezidenti Nikolas Maduro və onun yaxın ətrafına aid olan bütün aktivlərin dondurulması barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, qərar 5 yanvar 2026-cı ildən etibarən dərhal qüvvəyə minib.
Hökumətin açıqlamasında bildirilir ki, bu addım qanunsuz yolla əldə edilmiş vəsaitlərin İsveçrə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədi daşıyır. Qeyd olunur ki, dondurulma əvvəllər sanksiyaya məruz qalmayan şəxslərə və Venesuelanın hazırkı hökumət üzvlərinə şamil edilmir.
Federal Şura vurğulayıb ki, bu qərar 2018-ci ildən bəri Venesuelaya qarşı tətbiq olunan mövcud məhdudiyyətlərə əlavə tədbir xarakteri daşıyır.
Türkan İsgəndərli