İsveç yaxın illərdə Rusiyadan hərbi təhdidin artacağını gözləyir

Dünya

17.02.2026 21:10

İsveçin hərbi kəşfiyyat xidməti “Must”un 2025-ci il üzrə illik hesabatında yaxın illərdə Rusiya tərəfindən hərbi təhdidin güclənəcəyinin gözlənildiyi bildirilib.  

TodayPress TV xəbər verir ki, sənəd qurumun rəsmi saytında dərc olunub. 

Hesabatda qeyd edilir ki, Moskvanın İsveç yaxınlığında qüvvələrini tədricən artırması nəticəsində hərbi risk yüksələcək. “Must” hesab edir ki, Rusiya və Çin İsveçə qarşı hibrid müharibə və iqtisadi təzyiq alətləri vasitəsilə təsir imkanlarını inkişaf etdirir. 

“Ukraynaya qarşı genişmiqyaslı aqressiya ilə yanaşı, Rusiyanın NATO və Aİ-yə qarşı hibrid metodlardan istifadəsinin getdikcə daha riskli və düşünülməmiş xarakter aldığını görürük”, - deyə qurumun rəhbəri, general-leytenant Tomas Nilson bildirib. 

O əlavə edib ki, böyük dövlətlər arasında rəqabət güclənib. 

Aysel Mətləb

TodayPress TV

tag: İsveç,Must,Rusiya,Hərbi,Təhdid,Todaypress.tv,