İsveç müdafiə xərclərini artırmaq üçün borc alacaq
İsveç NATO-ya üzv olduqdan sonra müdafiə xərclərini sürətlə artırmaq üçün borc almağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Elizabet Svantesson bildirib.
Nazir deyib ki, yeni hərbi xərclər önümüzdəki 4-5 il ərzində borcla maliyyələşdiriləcək. Hökumət bu məqsədlə İsveç iqtisadiyyatının gücünə arxalanacaq.
Planlara əsasən, İsveç yaxın 10 ildə müdafiə üçün təxminən 300 milyard kron (31 milyard dollar) ayırmaq niyyətindədir. Ölkə 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5%-nə çatdırmağı planlaşdırır. Hazırda bu göstərici 2,14% təşkil edir.
Türkan İsgəndərli