İstanbuldan Rusiyaya uçan təyyarə təcili eniş etdi - FOTO

İstanbuldan Rusiyaya uçan təyyarə təcili eniş etdi  - FOTO
04.07.2026 17:45 Dünya

İstanbuldan Rusiyanın Mineralnıye Vodı şəhərinə uçan sərnişin təyyarəsində həyəcanlı anlar yaşanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus A46074 reys nömrəli təyyarə Qara dəniz üzərində olarkən qəza siqnalı göndərib.

Yaranan texniki nasazlıq səbəbindən hava gəmisinin kapitanı uçuşu davam etdirməmək və İstanbula geri dönmək qərarına gəlib.

Marşrutunu dəyişərək geri qayıdan təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə enişin dəqiq səbəbləri araşdırılır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər