İstanbulda Qəzzaya dəstək yürüşü keçirildi

İstanbulda Qəzzaya dəstək yürüşü keçirildi
03.08.2025 23:15 Dünya

İstanbulda Qəzza üçün növbəti dəstək yürüşü keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Türkiyənin İstinye ərazisində toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ABŞ-nin İstanbul Baş Konsulluğuna tərəf yürüş təşkil ediblər.

Yürüş zamanı Qurani-Kərim oxunub və Qəzza sakinləri üçün dualar edilib. ABŞ-nin İstanbul Baş Konsulluğu qarşısında bəyanat səsləndirildikdən sonra aksiya dinc şəkildə başa çatıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər