İstanbulda gizli Əfqanıstan-Pakistan görüşü: Detallar məlum oldu
Dünya
30.04.2026 23:14
Kabil və İslamabad arasındakı gərginliyi azaltmağa yönəlmiş qeyri-rəsmi Əfqanıstan-Pakistan danışıqları İstanbulda başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, prosesdə Qətər və Türkiyə vasitəçi rolunu oynayır.
Məlumata görə, ilk görüş Türkiyə təşkilatlarından biri tərəfindən təşkil edilib. Müzakirələrdə iştirak etmək üçün hər iki ölkədən siyasi xadimlər, siyasət ekspertləri, jurnalistlər və keçmiş diplomatlar dəvət olunub.
Görüşlə yaxından tanış olan mənbələr qeyd ediblər ki, hər iki tərəf gərginliyin azaldılması və iki ölkə arasında eskalasiyanın qarşısının alınması istiqamətində işlərin aparılmasının zəruriliyi barədə razılığa gəliblər. Bununla belə, mənbələr əlavə edib ki, proses hələ rəsmi mandata sahib deyil, lakin Türkiyə və Qətər sülh səylərini dəstəkləməyə davam edir.
Aysel Mətləb
tag: Kabil ,İslamabad ,Qətər,Türkiyə ,TodayPress TV,
