İstanbulda əldəqayırma qurğu partladı

İstanbulda əldəqayırma qurğu partladı
28.06.2026 09:05 Dünya

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda əldəqayırma qurğu partlayıb.

TodayPress TV  xəbər verir ki, motsikletli iki nəfər əldəqayırma qurğunu yaşayış binasının qarşısındakı səkinin önünə qoyub.

Onlar həmin yerdən uzaqlaşdıqdan sonra partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, ətrafdakı binalara və iş yerlərinə ziyan dəyib.

Polis hadisəni törədən iki şəxsin axtarışına başlayıb. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər