İsraildən XƏBƏRDARLIQ: İran raket zərbəsi endirərsə...

İsraildən XƏBƏRDARLIQ: İran raket zərbəsi endirərsə...
29.06.2026 21:03 Dünya

İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İranın mümkün raket hücumu halında yeni hərbi əməliyyata hazırlaşdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kats İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini və şərti olaraq "Mavi-ağ" adlandırılan yeni hərbi əməliyyata hazır olduğunu bildirib.

Onun sözlərinə görə, münaqişənin yenidən alovlanması üçün iki ssenari mövcuddur: ABŞ-ın Tehranla danışıqları nəticəsiz hesab etməsi və ya İranın İsrailə raket zərbəsi endirməsi. Nazir vurğulayıb ki, ikinci halda İsrail "qətiyyətli güclə" cavab verəcək və öz ərazisinə edilən hücumları cəzasız qoymayacaq.

Kats əlavə edib ki, İsrail bu mövqeyi barədə ABŞ-ni əvvəlcədən məlumatlandırıb. Bununla yanaşı, o, Prezident Donald Trampın diplomatik səylərinə mane olmaq niyyətində olmadıqlarını, lakin özünümüdafiə məsələsində kompromisə yer olmadığını bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər