İsraildən kəskin bəyanat: "Livan suverenlikdən danışa bilməyəcək"

Dünya

29.04.2026 00:00

“Livanın cənubunda, İsrail ilə sərhəd bölgələrində və ölkənin digər yerlərində dayaq məntəqələri olan "Hizbullah" qruplaşmasının adını çəkmədən Livanda sülhdən danışmaq qeyri-mümkündür”.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin BMT-dəki səfiri Danni Danon BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, "Hizbullah" İsrail mülki şəxslərini atəşə tutmağa və heç bir maneə olmadan fəaliyyət göstərməyə davam etdiyi müddətcə Livan suverenlikdən danışa bilməyəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Livan,İsrail ,Hizbullah,Danni Danon,TodayPress TV,