İsraildə helikopter qəzası: Hərbi istintaq başlandı
Dünya
16.01.2026 17:45
İsrail Hərbi Hava Qüvvələri komandanı, general-mayor Tomer Bar baş vermiş helikopter qəzasını araşdırmaq üçün hərbi istintaq komissiyasının yaradılmasını əmr edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDQ) məlumat yayıb.
Sözçünün məlumatına görə, İDQ-yə məxsus "Yanshuf" çoxməqsədli helikopteri (Amerika UH-60 Black Hawk helikopterinin İsrail modifikasiyası) havada kabel qırılması nəticəsində daşınma zamanı qəzaya uğrayıb.
Qeyd olunur ki, helikopter həftənin əvvəlində təcili eniş edib, buna səbəb hava şəraiti və nəqliyyat tələbləri olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, nasaz vertolyot onu daşıyan vertolyotdan ayrılaraq yerə düşüb.
Hadisənin dəqiq səbəbləri hərbi istintaq nəticəsində müəyyən ediləcək.
Türkan İsgəndərli
tag: İsrail,Hava qüvvələri,Helikopter,Hava şəraiti,Todaypress.tv,
