İsrail və Livan arasında atəşkəs pozuldu
İsrail Livanın cənubunda atəşkəsi pozub.
TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Mayadeen" televiziyası məlumat yayıb.
Bildirilib ki, İsrail artilleriyası Beyt Yahun və Kunin yaşayış məntəqələrini atəşə tutub.
Qeyd edək ki, apreli 17-si Bakı vaxtı ilə saat 01:00-da İsrail ilə 10 günlük atəşkəs qüvvəyə minib. Razılıq ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu arasında əldə edilib.
Aysel Mətləb