İsrail və "Hizbullah" arasında sərhəd gərginliyi davam edir

Dünya

29.04.2026 17:00

İsrail Müdafiə Qüvvələrinin (İMQ) məlumatına görə, Livandakı "Hizbullah" hərəkatı İsrailin şimal bölgələrinə və sərhəd ətrafındakı hərbi mövqelərə yeni hücumlar həyata keçirib.

TodayPress TV xəbər verir ki, məlumata görə, Livandan atılan iki mərmidən biri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digəri isə açıq əraziyə düşüb.

Hücumlar səbəbilə İsrailin şimalında bir neçə dəfə hava hücumu sirenləri işə düşüb. Həmçinin Metula bölgəsində pilotsuz uçuş aparatının aşkar olunması ilə əlaqədar da xəbərdarlıq siqnalları aktivləşdirilib.

Rəsmi açıqlamalara görə, Livan və İsrail arasında formal atəşkəs qüvvədə olsa da, sərhəd bölgəsində qarşılıqlı hücumlar davam edir. İsrail tərəfi Livandan gələn hücumları atəşkəsin pozulması kimi qiymətləndirir, "Hizbullah" isə İsrailin Livan ərazisinə davamlı zərbələrinə cavab verdiyini bildirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hizbullah,İsrail,Sərhəd,Gərginlik,Todaypress.tv,