İsrail Qəzza zolağında altı radikalı zərərsizləşdirdi

Dünya

25.01.2026 17:00

Qəzza zolağının cənubunda baş verən atışma zamanı altı silahlı radikalın zərərsizləşdirilib və ərazidə beş raket qurğusu aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, “Qəzza zolağının cənub hissəsində, sarı xəttin şərqində baş verən atışma zamanı altı terrorçu məhv edilib”. Bundan əlavə, qeyd edilir ki, həmin ərazidə hərbçilər beş raket qurğusu, silahlar, partlayıcı qurğular, döyüş sursatı və partlayıcı maddələrin hazırlanması ilə bağlı təlimat aşkar ediblər.

Məlumatda deyilir ki, İsrail ordusunun bölmələri atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq bu ərazidə yerləşdirilib və hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.

TodayPress TV

tag: İsrail, Qəzza, Silahlı, Qrup,Radikal, todaypress.tv,