İsrail PUA-sı Livanın cənubunu vurdu: Yaralılar var
İsrailin Livanın cənubundakı bir kəndə endirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində dörd nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Əl-Mayadeen” televiziyası məlumat yayıb.
Bildirilib ki, PUA Nəbatiyyə şəhərindən təxminən 9 km məsafədə yerləşən Qaqayət əl-Cisr kəndinə zərbə endirib.
Aysel Mətləb