İsrail ordusu fələstinlilərin keçid yolunu bombaladı
İsrail ordusu Qəzzanın şimalında evlərinə qayıtmağa çalışan fələstinlilərin keçid yolu olan Rəşid küçəsini bombalayıb.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, hadisə İsrailin elan etdiyi atəşkəsin qüvvəyə mindiyi saatdan sonra baş verib.
Cənuba sığınmaq məcburiyyətində qalan fələstinlilər atəşkəsdən sonra Qəzza şəhərindəki evlərinə dönməyə çalışıblar.
Qeyd edək ki, Rəşid küçəsi Qəzzanın mərkəzi və cənub hissələrindən şimala keçidi təmin edən əsas yollardan biridir.
Jalə Rövşən