İsrail Livanda hərbi əməliyyatları davam etdirmək planlarını təsdiqlədi

Dünya

10.04.2026 00:14

İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamir Livanda "Hizbullah"a qarşı döyüş əməliyyatlarını davam etdirmək planlarını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Zamir Livanın cənubundakı bir bölgəyə səfər edib və orada hərbçilərlə əməliyyat görüşü keçirib. İsrail hərbçiləri Livan ərazisindəki gələcək fəaliyyət planlarını müzakirə ediblər.

"Biz "Hizbullah"a qarşı quru əməliyyatlarını dərinləşdirməyə və zərbələr endirməyə davam edəcəyik", - deyə general bildirib.

TodayPress TV

tag: İsrail,Livan,Hərbi,Əməliyyat,TodayPress TV,