İsrail Livana zərbə endirdi
İsrail hava qüvvələri Livanın cənub rayonlarına yeni aviazərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi “Hizbullah” hərəkatının Livanın cənubunda yerləşən Hanin rayonundakı terrorçu üzv olub.
Livanın rəsmi xəbər agentliyi olan "NNA" İsrailin Suriya sərhədindəki nəzarət buraxılış məntəqəsi yaxınlığına hücum etdiyini yazır. 4 nəfərin həyatını itirdiyi bildirilir.
Türkan İsgəndərli