İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN

İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN
21.07.2026 21:39 Dünya

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrailə Livan ərazisindən qoşunlarını çıxarması üçün təzyiq göstərmək imkanını nəzərdən keçirəcəyini bildirib.

TodayPress TV xəbər verit ki, Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tramp, “Bunu nəzərdən keçirəcəyəm. Bu barədə indi eşitdim… Baxacağıq”, - deyə bildirib.

Söhbət Livan ordusunun İsrail hərbçilərini ölkənin cənubundakı Zautar əl-Qərbiyə şəhərinin “pilot zona”sında mövqelərini atəşə tutmaqda ittiham etməsindən sonra yaranan vəziyyətdən gedib.

ABŞ Prezidenti həmçinin Suriyanın Livana qoşun göndərərək “Hizbullah”a qarşı mübarizəyə qoşula biləcəyini də istisna etməyib.

“Biz Suriya Prezidenti ilə çox yaxşı münasibətdəyik, o, işinin öhdəsindən yaxşı gəlir. Təəccüblənmərəm ki, o, belə bir missiyanı öz üzərinə götürsün. O, “Hizbullah”la bağlı nəsə etmək istəyə bilər”, - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, belə bir addım “son dərəcə effektiv” ola bilər.

Qeyd edək ki, daha əvvəl Livan ordusunun mexanikləşdirilmiş kolonu İsrail bölmələrinin geri çəkildiyi Zautar əl-Qərbiyə şəhərinə daxil olub. Məlumata görə, Livan hərbçiləri bölgədə sabitliyi təmin etmək və “Hizbullah” tərəfdarlarının silahsızlaşdırılması prosesinə başlamaq məqsədi daşıyırlar.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər