İsrail Fələstinlə müharibəni dayandırmaq istəyir

İsrail Fələstinlə müharibəni dayandırmaq istəyir
04.08.2025 15:06 Dünya

Yüzlərlə keçmiş İsrail təhlükəsizlik rəsmisi Qəzzadakı müharibənin dayandırılmasını tələb edir. Onların fikrincə, HƏMAS artıq İsrail üçün strateji təhlükə təşkil etmir.

TodayPress TV xəbər verir ki, bu barədə keçmiş Şin Bet, Mossad rəhbərləri və ordu generallarının da imzaladığı açıq məktubda deyilir. 

Ümumilikdə məktubu 500-dən çox keçmiş rəsmi imzalayıb. Onlar ABŞ Prezidenti Donald Trampa müraciət edərək, İsrailə müharibəni dayandırması üçün təzyiq göstərməsini istəyiblər.

Məktubda qeyd edilir ki, müharibə əvəzinə bütün israilli girovların azad edilməsi üçün diplomatik yollarla həllə üstünlük verilməlidir. İmzalayanlar arasında keçmiş baş nazir Ehud Barak da var.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər