İsrail "F-15E" pilotlarının xilasetmə əməliyyatında iştirak etdi

Dünya

07.04.2026 11:44

İsrail kəşfiyyat agentliyi "Mossad" və İsrail Müdafiə Qüvvələri İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ekipajını xilas etmək əməliyyatında birbaşa iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

3 aprel İran ərazisində vurulan "F-15E" təyyarəsində pilot və şturman katapult edərək sağ qalıblar. Pilot bir neçə saat ərzində xilas edilsə də, şturmanın axtarışı bir gündən çox davam edib. ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri əməliyyat zamanı İran qüvvələrinə zərbələr endirib.

Xilasetmə zamanı ABŞ-nin "Black Hawk" helikopteri vurulub. Heyət yaralanıb, amma helikopter ərazidən çıxıb. "Military Watch" jurnalına görə, əməliyyat zamanı ABŞ və İsrail ümumilikdə 11 təyyarə itirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,Mossad,ABŞ,F-15E,Todaypress.tv,