İsrail: ABŞ yaxın günlərdə İrana zərbə endirə bilər

Dünya

16.01.2026 15:25

İsrail hakimiyyəti ABŞ-nin yaxın günlərdə İrana hərbi zərbə endirə biləcəyinə inanır.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ hökumətinin hazırkı planı İranın təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəzərdə tutur. Amerika rəsmiləri bildiriblər ki, əgər İran etirazçıların edamını yenidən bərpa edərsə, hərbi müdaxilə ehtimalı qalır.

İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan rialın kəskin dəyər itirməsindən sonra başlayıb. Hakimiyyət etirazlara cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, polis gözyaşardıcı qaz və hava tüfənglərindən istifadə edib.

Tehran baş verən iğtişaşlarda xarici qüvvələri günahlandırır. İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, etirazlarda ABŞ və İsrailin rolu var.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,ABŞ,İran,Zərbə,Todaypress.tv,