İspaniyada Netanyahunun yeddi metrlik heykəli partladıldı

Dünya

12.04.2026 13:57

İspaniyanın El-Burqo şəhərində İsrail Baş naziri Benyamin Netanyahunun yeddi metrlik heykəli yandırılıb.

TodayPress TV xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, aksiya zamanı heykəl əvvəlcə yandırılıb, daha sonra partlayış səsləri eşidilib və fiqur parçalanıb.

Qeyd olunur ki, hadisə İsraildə kəskin reaksiya doğurub:

"The Jerusalem Post" yazır ki, İsrail XİN bu insidentlə bağlı İspaniyanın səfirini izahat üçün çağırıb.

Bildirilib ki, hadisə “açıq antisemit nifrət aktı” kimi qiymətləndirilib.

Eyni zamanda İspaniya XİN bəyan edib ki, ölkə hakimiyyəti antisemitizmə və ayrı-seçkiliyin bütün formalarına qarşıdır və bu cür ittihamları rədd edir.

Qeyd edək ki, İsrail ilə İspaniya arasında münasibətlər Qəzza münaqişəsi fonunda gərgin olaraq qalır.

Qiymət Mahir

tag: İspaniya,İsrail,El-Burqo ,Benyamin Netanyahu,TodayPress TV,