İspaniyada 485 il həbs cəzası ilə üzləşən qaçaq saxlanıldı

İspaniyada 485 il həbs cəzası ilə üzləşən qaçaq saxlanıldı
21.04.2026 04:10 Dünya

Polşa hökumətinin sorğusu əsasında İspaniyada az qala 5 əsr müddətili həbs cəzası ilə üzləşən qaçaq saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, İspaniyanın Milli Polisi Tenerife adasında Polşa hakimiyyət orqanları tərəfindən axtarışda olan və 485 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşəni tutub.

Həmin şəxs barəsində Avropada həbs orderi verilib. O, 40-dan çox cinayətdə, o cümlədən qanunsuz silah hazırlanması və saxlanması, narkotik vasitələrin dövriyyəsi və dələduzluqda ittiham olunur.

Şübhəli Arona yaşayış məntəqəsində saxlanılıb.

Araşdırmaya isə 2025-ci ilin sentyabrında Polşa tərəfinin sorğusundan sonra başlanılıb. Sorğuda axtarılan şəxsin İspaniyada ola biləcəyi qeyd olunurdu.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər