İspaniya Tehrandakı səfirliyini yenidən açır
Dünya
09.04.2026 15:59
İspaniya Yaxın Şərqdə artan gərginlik səbəbindən mart ayında bağladığı Tehran şəhərindəki səfirliyini yenidən açmağa qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jose Manuel Albares bildirib.
Onun sözlərinə görə, səfirə geri qayıdaraq diplomatik missiyaya rəhbərliyi bərpa etmək tapşırılıb.
Bundan əvvəl İran ABŞ-ni sülh planının üç bəndini pozmaqda ittiham edib. Rəsmi Tehran Livana hücumlar, İranın hava məkanının pilotsuz uçuş aparatları ilə pozulması və ölkənin uranı zənginləşdirmək hüququnun məhdudlaşdırılması cəhdlərini qeyd edib.
Eyni zamanda, ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib. Bu xəbərin fonunda neft qiymətləri kəskin şəkildə düşüb.
İqtisadçıların proqnozlarına görə, qiymətlərin enməsi davam edə bilər və “Brent” markalı neftin qiyməti yaxın iki ayda bir barel üçün 70-75 dollar səviyyəsinə düşə bilər.
Türkan İsgəndərli
tag: İspaniya,Yaxın Şərq,Səfirlik,İran,Todaypress.tv,
