İspaniya: Ölkə NATO-ya sadiqdir
İspaniya hökuməti NATO-ya tam sadiq olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb.
Hökumət bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın İspaniyanın az hərbi xərclərinə görə NATO-dan çıxarıla biləcəyi barədə dedikləri fonunda verib.
Mənbələr bildiriblər ki, İspaniya NATO-nun tamhüquqlu üzvü olaraq öz müdafiə məqsədlərini həyata keçirir və vəziyyətə sakit yanaşır.
Qeyd edək ki, hökumət 2026-cı ilə qədər müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırmaq planını təsdiqləyib.
Türkan İsgəndərli