İŞFA OLUNDU! ABŞ Ukraynaya “Tomahawk” vermək istəyir
Dünya
27.01.2026 16:04
ABŞ-də kiçik bir qrup rəsmi şəxsin Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsində israr etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Kyiv Post" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təşəbbüs hələlik rəsmi qərar səviyyəsinə çıxmayıb, lakin Pentaqon daxilində aktiv şəkildə müzakirə olunur.
Qeyd olunur ki, bu məsələdə ən fəal mövqeni Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının keçmiş xüsusi köməkçisi Den Rays tutur. Nəşr onu ABŞ rəhbərliyinin Kiyevə kasetli sursatlar və uzaqmənzilli ATACMS raketlərinin verilməsinə razılıq əldə edilməsində mühüm rol oynamış “pərdəarxası memar” kimi təqdim edir.
Məlumata əsasən, Den Rays ABŞ müdafiə naziri Pit Heqsetlə görüş keçirib və Ukraynadakı münaqişəni müzakirə edib. O, görüş zamanı nazirə birbaşa müraciət edərək, Ukraynaya “hətta az sayda da olsa” "Tomahawk" raketlərinin verilməsini xahiş etdiyini açıqlayıb.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Tomahawk,Pit Heqset,Todaypress.tv,
