"İranla razılaşma olmasa..." — Trampın "B" planı nədir?"
"ABŞ İranla razılaşma əldə olunmasa, yenidən hərbi ssenariyə qayıda bilər".
TodayPress TV "Sky News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, danışıqlar uğursuz olarsa, Vaşinqton güc variantına asanlıqla qayıda bilər.
“Əgər bu yaxşı razılaşma olmasa, biz çox asanlıqla buna qayıdacağıq”, — deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, İranla danışıqlar artıq irəliləmiş mərhələdədir:
“Hazırda proses kifayət qədər irəliləmiş vəziyyətdədir və nəticə əldə etmək üçün imkan var”.
Qeyd edək ki, Tramp aprelin 8-də İranın Hörmüz boğazını tam açmağa və gəmiçiliyin təhlükəsizliyini təmin etməyə razılaşdığını da açıqlamışdı.
Qiymət Mahir