İranın xarici işlər naziri Pakistana təşəkkür etdi

Dünya

24.01.2026 14:30

İran Pakistana Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının iclasındakı mövqeyinə görə minnətdarlığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Məlumata görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub. İranlı nazir Pakistanın BMT-nin İnsan Hüquqları Şurasında İranla bağlı qətnaməyə səs verməyə çağırdığına və onu dəstəklədiyinə görə Pakistana minnətdarlığını bildirib.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional və beynəlxalq tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, yanvarın 23-də BMT-nin İnsan Hüquqları Şurasında İrana qarşı qətnamə səsə qoyulub. Sənəd 25 lehinə, 14 əleyhinə və 7 bitərəf səslə qəbul edilib.

Aysel Mətləb

TodayPress TV

tag: İran ,Pakistan,BMT ,Təşəkkür,Todaypress.tv,