İranın xarici işlər naziri ABŞ-ni danışıqlara çağırır
Dünya
15.01.2026 11:08
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni danışıqlara çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Əraqçi telekanala verdiyi müsahibəsində bildirib ki, İran danışıqlara, diplomatiyaya hazır olduğunu sübut edib.
"Müharibə və diplomatiya arasında diplomatiya daha yaxşı yoldur. ABŞ ilə qarşılıqlı əlaqədə müsbət təcrübəmiz olmasa da, diplomatiya müharibədən daha yaxşıdır", - deyə nazir vurğulayıb.
"Siz obyektləri sıradan çıxara bilərsiniz, lakin texnologiyanı və qətiyyəti bombalarla yox etmək mümkün deyil", - deyə Əraqçi əlavə edib.
İrandakı iğtişaşlar barədə danışan xarici işlər naziri hökumətin son dərəcə təmkinli olduğunu bildirib.
O, həmçinin baş verənlərə görə İsraili günahlandırıb:
"Onlar ABŞ prezidentini bu münaqişəyə cəlb etmək istəyirlər".
Aysel Mətləb
tag: İran ,ABŞ,Danışıq,Abbas Əraqçi ,Todaypress.tv,
