İranın Ali Lideri: "Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq"

Dünya

09.04.2026 23:20

İran Hörmüz boğazına nəzarəti yeni səviyyəyə qaldıracaq və döyüşlər zamanı dəyən ziyana görə kompensasiya tələb edəcək.

TodayPress TV-nin məlumatına görə, bu barədə İranın Ali Lideri Müctəba Xamenei deyib.

"Biz vurulan hər bir zərərə, şəhidlərimizin qanına və bu müharibə veteranlarının yaralarına görə mütləq təzminat tələb edəcəyik və Hörmüz boğazının idarə olunmasını mütləq yeni səviyyəyə qaldıracağıq", - deyə o bildirib.

O əlavə edib ki, İran hakimiyyəti müharibə axtarmayıb və axtarmır, amma heç bir şəkildə qanuni hüquqlarımızdan imtina etməyəcək.

TodayPress TV

tag: İran, Hörmüz, Döyüş, Ali Lider, todaypress.tv,