İrandan qabaq RİAL ÇÖKDÜ: Bir dollar=bir "meşok"

Dünya

29.04.2026 15:15

İran rialı dollara qarşı rekord səviyyədə zəifləyib.

TodayPress TV xəbər verir ki, xarici mənbələrə görə, qara bazarda (açıq bazar) 1 USD üçün 1,77-1,80 milyon rial civarında qiymətlər qeydə alınıb, bəzi günlərdə hətta 1,82-1,83 milyon riala qədər yüksəlib.

Bu, son həftələrdəki kəskin düşüşün davamıdır və İran iqtisadiyyatındakı dərin problemləri əks etdirir.

Ekspertlər qeyd edir ki, bunun əsas səbəblərindən biri Hörmüz boğazının bağlı qalması və ABŞ-nin tətbiq etdiyi blokadadır ki, bu da İran iqtisadiyyatını ağır zərbəyə məruz qoyur.

Jalə Rövşən

TodayPress TV

tag: İran ,Rial ,Dollar,Hörmüz ,Todaypress.tv,