İrandan ABŞ və İsrailə sərt ittiham: "Cinayəti özləri etiraf ediblər"
ABŞ və İsrail rəhbərlərinin Donald Trampla Benyamin Netanyahunun İrana qarşı hücumlar barədə bəyanatları törədilən cinayətlərin etirafıdır.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində bildirilib.
"Onların bu hücumlarla fəxr etməsi cinayətin etirafı hesab olunur və İran xalqının pozulmuş hüquqlarının bərpası üçün zəmin yaradır", - Xamenei xatırladıb.
Onun sözlərinə görə, 40 günlük müharibədə həyata keçirilən hücumların araşdırması və dəyən ziyanın hesablanması davam etdirilir. "Bu addım belə cinayətlərin təkrarlanmasının qarşısını alacaq", - İranın Ali rəhbəri vurğulayıb.
Qeyd edək ki, Xameneinin müraciəti İrandakı "məhkəmə həftəsi"nə həsr olunub.